Modern.az

Məmmədyarov final mərhələsinə qələbə ilə başladı

Məmmədyarov final mərhələsinə qələbə ilə başladı

Aktual

15 Noyabr 2022, 09:30

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu - sonuncu mərhələsinə qələbə ilə başlayıb.

 

Modern.az-ın məlumatına görə, 37 yaşlı qrosmeyster final raundunun I turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gəlib.

 

Məmmədyarov rəqibini 2,5:1,5 hesabı ilə üstələyib. Təcrübəli şahmatçı II turda polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.

 

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır