Gəncə Dövlət Universitetinin tələbələri üçün “TEKNOFEST 2023” yarışmasına dair məlumatladırıcı görüş keçirilmişdir. Tədbirdə «Bilim Bakı» Mərkəzinin rəhbəri Yusuf Polat çıxış edərək 2022-ci ilin may ayında Bakıda keçirilmiş möhtəşəm “TEKNOFEST” haqqında danışmış, növbəti festival barədə ətraflı məlumat verib.
Modern.az xəbər verir ki, 41 kateqoriya üzrə 102 əsas yarışın təşkil ediləcəyi festival İstanbulun Atatürk Hava Limanında keçiriləcək. Qalib olan komandalara isə pul mükafatı veriləcək. Artıq dünyanın ən böyük texnologiya yarışı- “TEKNOFEST 2023” festivalına müraciətlər başlayıb. Qeydiyyat isə noyabrın ayının 20-də bitəcək.
Görüşdə “Teknofest” yarışmasında Gəncə Dövlət Universitetindən qatılan tələbələr haqqında da məlumat verilmişdir. Tələbələrin bu cür yarışmalarda iştirakının onların gələcək fəaliyyəti üçün faydalı olacağı bildirilmiş, gəncləri belə yarışlarda aktiv iştirak etməyə çağırıblar.
Sonda tələbələrin sualları cavablandırılıb.