İstanbulda törədilən terror aktı ilə əlaqədar 48 nəfər saxlanılıb.
Modern.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən suriyalı Əhlam Əlbəşirin qaldığı evdə aparılan axtarış zamanı 3800 dollar və 5 min avro aşkarlanıb.
Partlayışda həyatını itirən 6 nəfərdən dördünün cəsədi artıq ailələrinə təhvil verilib.
Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində partlayış baş verib. Hadisə nəticəsində altı nəfər ölüb, 81 nəfər yaralanıb.