Modern.az

Vergi daxilolmaları 90 faizdən çox artıb

Vergi daxilolmaları 90 faizdən çox artıb

Aktual

15 Noyabr 2022, 10:48

2022-ci ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 13 milyard 998 milyon 858,7 min manat vergi daxil olub.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 90,1 faiz və ya 6,6 milyard manatdan çox artıb.

 

Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 38 milyon 211,5 min manat olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8 faiz və ya 1,6 milyard manat çoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı