Modern.az

Qubada narkotik əməliyyatı keçirilib

Qubada narkotik əməliyyatı keçirilib

Aktual

15 Noyabr 2022, 11:04

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında   şübhəli bilinən Bakı şəhər  sakini İdris Qənbərov saxlanılıb.

 

Həmin şəxsin üzərinə  baxış keçirilən zaman  5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 1 kiloqramdan çox  heroin aşkar olunaraq götürülüb.


Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İdris Qənbərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?