Modern.az

Həbsdə olan şəxsin evində narkotik aşkarlandı

Həbsdə olan şəxsin evində narkotik aşkarlandı

Aktual

15 Noyabr 2022, 11:34

Bakıda həbsdə olan şəxsin evində narkotik aşkarlanıb.

 

Bu barədə Modern.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumata verilib.

 

Bildirilib ki, Xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin və Binəqədi Rayon Polis idarəsinin 7-ci Polis bölməsinin əməkdaşları ilə birgə növbəti əməliyyat tədbirləri zamanı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilən şəxs Şəhriyar Cavid oğlu Abbasovun Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən evində baxış keçirilib. Baxış zaman orada gizlədilən ümumi çəkisi 500 qram olan narkotik vasitə - marixuana və ümumi çəkisi 15 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?