Modern.az

Qəzaya düşən sürücü öldü - Arvadı yaralandı

Qəzaya düşən sürücü öldü - Arvadı yaralandı

Aktual

15 Noyabr 2022, 11:57

Beyləqanda iki avtomobil toqquşub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, noyabrın 13-də saat 15 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində Aşıqlar kənd sakini Camal Abbasovun idarə etdiyi “VAZ-2106” və Füzuli rayon sakini Ş.Həziyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə C.Abbasov və sərnişini olan həyat yoldaşı Nərgiz xəstəxanaya yerləşdirilib, C.Abbasov orada ölüb, qadının vəziyyəti orta-ağırdır.

 

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?