Modern.az

Avropada bu qış isti keçəcək

Avropada bu qış isti keçəcək

Aktual

15 Noyabr 2022, 13:00

Avropada qış aylarında qeyri-adi dərəcədə isti olacaq, bu da enerjiyə xeyli qənaət etməyə imkan yaradacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Avropa İqlim Dəyişiklikləri Mərkəzinə istinadla məlumat yayıb.

 

Proqnozlara əsasən, Avropada bu qış hava həmişəkindən əhəmiyyətli dərəcədə isti keçəcək. Baltik, Aralıq dənizi və Şimal dənizlərinin sahilyanı rayonlarında temperaturlar tarixi səviyyədən yüksək olacaq.

 

"Qeyri-adi yüksək temperatur Avropa İttifaqı ölkələrinin öz anbarlarını doldurmağa tələsdiyi təbii qaza tələbatı azalda bilər. Rusiyanın Ukraynada apardığı müharibə yanacağın qiymətlərini görünməmiş həddə çatdırıb və regionda qiymət böhranına səbəb olub", - Bloomberg yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?