Modern.az

İdmançımız beynəlxalq turnirdə medal qazandı

İdmançımız beynəlxalq turnirdə medal qazandı

Aktual

15 Noyabr 2022, 13:03

Noyabrın 15-17-si tarixlərində Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürüb.

 

Modern.az xəbər verir  ki, yarışda 16 ölkədən 72 atlet çıxış edir.

 

Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Körpücük üzərinə ilk olaraq Nazilə İsmayılova çıxıb. O, 49 kq çəki dərəcəsində yarışıb. İdmançımız toplam 127 kq (55+72) nəticə ilə bu çəki dərəcəsində bürünc medala sahib çıxıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?