Modern.az

CNN Nic kəndindən reportaj hazırladı

CNN Nic kəndindən reportaj hazırladı

Aktual

15 Noyabr 2022, 14:08

“CNN Arabia” telekanalı Azərbaycanın Qəbələ rayonunun Nic kəndi haqqında reportaj hazırlayıb.

 

Modern.az xəbər verir ki, reportajda Nicdə yaşayan udinlərin adət-ənənələri, multikultural ölkə olan Azərbaycanın xristian vətəndaşlarının dini ayinləri, Qafqaz Albaniyası dövründən qalan abidələr barədə ətraflı məlumat verilib.

 

Jurnalist qeyd edib ki, udinlər III-VIII əsrlərdə bu ərazilərdə məskunlaşıb və həmin dövrdən öz unikal dini, dili və məişətini qoruyub saxlayıblar.

 

Bu gün dünyanın müxtəlif ölkələrinə səpələnmiş 10 minə yaxın udinin 4 mini bu kənddə yaşayır. Nicdə qədim irs abidəsi olan 3 kilsə və sakinlərin qonaqpərvərliyi turistləri xüsusi cəlb edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?