İran hakimiyyəti ölkənin cənub-şərqindəki etiraz aksiyalarında saxlanılan 38 nəfəri azad edib.
Modern.az xəbər veriri ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Xatrırladaq ki, İranda kürdəsilli gənc qadın Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülüb öldürülməsindən sonra başlayan etirazlar Gilan, Xuzistan, Sistan və Bəlucistan, Tehran və Kürdüstan əyalətlərinə yayılıb.
İran hökuməti Qərb ölkələrini etirazçıları dəstəkləməkdə və hökuməti devirməyə çağırmaqda ittiham edib.