Modern.az

Polis maşınının şüşəsini sındıran cəbhəçi HƏBS EDİLDİ

Polis maşınının şüşəsini sındıran cəbhəçi HƏBS EDİLDİ

Aktual

15 Noyabr 2022, 14:44

Noyabrın 11-də saat 16 radələrində Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısındakı aksiya zamanı saxlanılan şəxs məhkəmə qarşısına çıxarılıb.

 

Modern.az xəbər verir ki, Salyan rayon sakini, 1980-ci il təvəllüdlü Rövşən Məmmədov polis avtomobilinə ziyan vurmaqda ittiham edilərək Səbail Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə həbs cəzası alıb. AXCP-nin Salyan şöbəsinin üzvü olan R.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 510 (Xuliqanlıq) və 535-ci (Polisin qanuni tələbinə tabe olmama) maddələri ilə təqsirli bilinib.

 

Qeyd edək ki, sözügedən aksiyadan sonra Daxili İşlər Nazirliyi məlumat yayaraq razılaşdırılmamış aksiyaya cəhdin qarşısının alındığı bildirmişdi: “Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır