Modern.az

Komitə 14 yaşlı qızın ərə verilməsini ARAŞDIRIB

Komitə 14 yaşlı qızın ərə verilməsini ARAŞDIRIB

Aktual

15 Noyabr 2022, 15:28

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəmkirdə 14 yaşlı qızın 26 yaşlı əmisi oğlu ilə nişanlanması faktını araşdırıb.

 

Bu barədə Modern.az-a Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

 

T.Mərdanoğlu qeyd edib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları nişan mərasimi olduğu bildirilən yeniyetmə qızın evində olublar:

 

"Qızın ailəsi hələlik elçilik mərasimi keçirildiyini, yaxın günlərdə isə nişan mərasimi etmək niyyətində olduğlarını bildiriblər. Yeniyetmənin valideynləri toy mərasiminin qanunun tələbinə uyğun olaraq qızlarının 18 yaşı tamam olduqdan sonra keçirəcəyini bildiriblər. Qızın və oğlanın valideynləri Polis Şöbəsinə dəvət olunub, onlarla profilaktik söhbət aparılıb, qanunun tələbləri bir daha onlara izah olunub" .

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?