Modern.az

Prokurorluq körpə ölümü ilə bağlı cinayət işi AÇDI

Prokurorluq körpə ölümü ilə bağlı cinayət işi AÇDI

Aktual

15 Noyabr 2022, 15:36

26 iyul 2022-ci ildə “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” Publik Hüquqi Şəxsin doğum şöbəsində anadan olmuş uşağın ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılıb.

 

Bu barədə Modern.az-a Yasamal rayon prokurorluğundan bildirilib.

 

Araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım göstərilsə də, yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb olan infeksion yoluxma baş vermiş və nəticədə uşaq ölüb.

 

Faktla bağlı  rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
  

Hazırda istintaq davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır