Modern.az

Kooperasiya Universitetində təlim təşkil olunub - FOTOLAR

Kooperasiya Universitetində təlim təşkil olunub - FOTOLAR

Aktual

15 Noyabr 2022, 15:48

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Kooperasiya Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında Agentliyin Təlim və metodologiya şöbəsinin peşəkar ekspertləri tərəfindən Azərbaycan Kooperasiya Universitetində təlim təşkil olunub.

 

Modern.az xəbər verir ki, təlimlərin əsas məqsədi Azərbaycan Kooperasiya Universitetinin akademik və inzibati heyətinə xarici keyfiyyət təminatı, eləcə də özünütəhlilin aparılması qaydalarına dair məlumatın verilməsidir.

 

Sözügedən təlimdə Azərbaycan Kooperasiya Universitetindən 40 inzibati və akademik heyət iştirak etmişdir. Təlimlərdə iştirak etmiş şəxslər sonda sertifikatlarla təltif olunacaqdır.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək Agentliyin öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?