Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə raket zərbələri endirib.
Modern.az xəbər verir ki, raketlərin bəziləri Kiyevdə yaşayış binalarına dəyib.
Rusiya, həmçinin Xarkov, Vinnitsa, Kovel, Jitomır, Lvov, Poltava, İvano-Frankovsk, Ternopol, Krivoy Roy, o cümlədən digər şəhər və vilayətlərə də zərbələr endirib. Şəhərlərdə partlayış səsləri eşidilir.
Hava hücumundan müdafiə sistemləri raketlərdən bəzilərini zərərsizləşdirib. Raket zərbələri endirilən ərazilərə təcili tibbi yardım göndərilib.
Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak Rusiyanın kütləvi hücumunu Volodimir Zelenskinin G20 sammitindəki çıxışına “cavab” adlandırıb.
***
17:20
Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətinə və Kiyev şəhərinə raket zərbələri endirib.
Modern.az xəbər verir ki, bu barədə “Strana” məlumat yayıb.
Bildirilib ki, Ukraynanın Sumı və Odessa vilayətlərində də partlayış səsləri eşidilib, hava hücumundan müdafiə (HHM) sistemləri işə düşüb.
Xatırladaq ki, bu gün səhər saatlarından etibarən bütün Ukrayna ərazisində hava həyəcanı siqnalının verilməsi barədə məlumatlar yayılmışdı.