Modern.az

Ukraynanın bütün ərazisində işıq kəsildi

Ukraynanın bütün ərazisində işıq kəsildi

Aktual

15 Noyabr 2022, 22:26

Kiyevin ardınca Ukraynanın bütün regionlarında elektrik enerjisinin fövqəladə kəsilməsi başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Vitali Kliçko bildirib.

 

"Energetiklər bütün Ukraynada, eləcə də paytaxtda işığı fövqəladə surətdə kəsməyə başlayıblar. Bu, enerji sisteminin balanslaşdırılmasına və avadanlıqların sıradan çıxmasının qarşısını almağa yönəlmiş zəruri addımdır", - Kliçko deyib.

 

Paytaxt merinin sözlərinə görə, Kiyevdə istehlakçıların ən azı yarısı işıqsız qalıb.

 

Qeyd edək ki, Ukraynanın bütün regionlarında hava həyəcanı elan edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?