Modern.az

Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu

Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu

Aktual

15 Noyabr 2022, 22:47

Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak olub.

 

Modern.az xəbər verir ki, polkovnik-leytenant Samir Rüstəmov Xarkov istiqamətdə döyüşlərdə iştirak edib. O, hərbi əməliyyatlar zamanı dünyasını dəyişib. 

 

Məlumata görə, Samir Rüstəmovun atası əslən Zəngilan rayonundan, anası isə ukraynalıdır. O, subay olub.

 

Mərhum bu gün Xarkov şəhərində dəfn olunub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!