Modern.az

Leyla Abdullayeva Fransa Senatına etirazını bildirdi

Leyla Abdullayeva Fransa Senatına etirazını bildirdi

Aktual

16 Noyabr 2022, 02:01

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə səfir tviter hesabında yazıb.

 

“Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi bir daha göstərir ki, bu bölgədəki reallıqdan uzaq qərəzli mövqedir, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xidmət etmir, regionda sülh quruculuğu səylərinə zərər verir”, - deyə diplomat vurğulayıb.

 

Qeyd edək ki, bu gün Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənədin lehinə 295, əleyhinə 1 senator səs verib. Qətnamədə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklifi yer alıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?