Modern.az

Polşa prezidenti Bayden və Zelenski ilə DANIŞDI

Polşa prezidenti Bayden və Zelenski ilə DANIŞDI

Aktual

16 Noyabr 2022, 02:12

Polşa Prezidenti Anjey Duda ABŞ Prezidenti Cozef Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, telefon danışıqlarında Polşaya raket zərbələrinin endirilməsi məsələsi müzakirə olunub.

 

Bundan öncə Duda ilə NATO-nun baş katibi Yens Stoltenberq telefonla danışıblar.

 

Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!