Modern.az

Millimiz bu gün yoldaşlıq oyunu keçirəcək

Millimiz bu gün yoldaşlıq oyunu keçirəcək

Aktual

16 Noyabr 2022, 08:03

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.

 

Modern.az xəbər verir ki, Canni de Byazinin komandası Moldova yığması ilə üz-üzə gələcək.

 

Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edəcək.

 

Yoldaşlıq oyunu
16 noyabr

 

21:00. Moldova - Azərbaycan

Hakimlər: Denis Şurman, Aleksandr Jukov, Viktor Nijnik, Roman Jitari (Ukrayna)
Kişinyov, “Zimbru” stadionu

 

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?