“BMT-nin Baş katibi Antonio Quterreş Polşa ərazisində raket partlaması xəbərlərindən çox narahatdır. Ukraynada müharibənin qızışmasının qarşısını almaq mütləq vacibdir”.
Modern.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
“Baş katib həlak olanların ailələrinə başsağlığı verir və hərtərəfli araşdırma aparılacağına ümid edir”, - BMT rəsmisi vurğulayıb.
Xatırladaq ki, Rusiya ordusu ötən gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir. Hadisə ilə əlaqədar Baş nazir Mateuş Moravietski dövlət başçısı Andrjey Dudanın razılığı ilə Təhlükəsizlik Bürosunun təcili iclasını çağırıb.