Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının birgə əməliyyat keçiriblər.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Əməliyyat tədbiri nəticəsində Baki İstintaq Təcridxanasında cəza çəkən Maştağa qəsəbə sakini Vüqar Quliyevin qəsəbə ərazisində torpağa basdırdığı nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və 6 ədəd patron aşkar edilərək götürülüb.