ABŞ-nın Merilend Universitetinin Baltimor qraflığı Beynəlxalq Tələbələr və Alimlər Ofisinin direktoru Adam Culian Beynəlxalq Təhsil Həftəsi çərçivəsində Gəncə Dövlət Universitetinin tələbələri ilə görüşüb.
Modern.az xəbər verir ki, ABŞ səfirliyi tərəfindən təşkil edilən görüşdə ölkələrində fəaliyyət göstərən universitetlər haqqında ətraflı məlumat verilib və sözügedən ali məktəblərə qəbul olmaq üçün şərtlər izah edilib. Bununla yanaşı universitetlər arasında əməkşadlığa dair müzakirələr də aparılıb.
Görüşdə bildirilib ki, ABŞ-ın universitetlərinə müraciət edən tələbələr dünya səviyyəli təhsil almaq imkanı əldə edəcək və onlara gələcək karyeranın inkişafı üçün şərait də yaradılacaq.
Sonda tələbələrin sualları cavablandırılıb.