Modern.az

G20 fevraldan bəri ilk birgə bəyannamə qəbul edib

G20 fevraldan bəri ilk birgə bəyannamə qəbul edib

Aktual

16 Noyabr 2022, 11:44

İndoneziya prezidenti Coko Vidodo G20-yə sədrliyin İndoneziyadan Hindistana təhvil verilməsi mərasimində deyib ki, “Böyük iyirmilik” fevral ayından bəri ilk birgə bəyannamə qəbul edib.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ənənəvi mərasim bu gün Balidə baş tutan G20 sammitinin bağlanış tədbiri kimi keçirilib.


İndoneziya prezidenti deyib: “G20 fevral ayından bəri ilk dəfə birgə bəyannaməni razılaşdırıb qəbul etməyə nail olub”.


2022-ci ildə keçirilən G20 tədbirlərinin əksəriyyəti, o cümlədən nazirlər səviyyəsində və ondan yuxarı səviyyələrdə keçirilən tədbirlər, bir sıra G20-yə üzv ölkələrin Rusiya əleyhinə bəyanatlar vermək cəhdləri nəticəsində konsensusun əldə edilməsinin mümkünsüzlüyü səbəbindən birgə sənədlərin qəbulu olmadan başa çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...