Modern.az

Kuba prezidenti Putinlə görüşə gəlir

Kuba prezidenti Putinlə görüşə gəlir

Aktual

16 Noyabr 2022, 12:50

Kuba prezidenti Migel Dias-Kanel Bermudes gələn həftə Rusiyaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a Kubanın Rusiyadakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, onun Rusiya prezidenti Vladimir Putinlə görüşü və Fidel Kastronun abidəsinin açılışında iştirak etməsi planlaşdırılır.

 

Səfirlik məlumat verib ki, Kuba inqilabı liderinin abidəsinin açılışı noyabrın 22-də baş tutacaq və Migel Dias-Kanel Bermudes nümayəndə heyəti ilə birgə bir neçə gün əvvəl Rusiya paytaxtına gələcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!