Modern.az

Adnan Oktara 8658 il həbs cəzası verildi

Adnan Oktara 8658 il həbs cəzası verildi

Aktual

16 Noyabr 2022, 16:02

Türkiyədə “Harun Yahya” kimi tanınan Adnan Oktara 8658 il həbs cəzası verilib.

 

Modern.az Türkiyə mediasına xəbər verir ki, bir müddət əvvəl barəsindəki hökm ləğv olunan Adnan Oktarın cinayət işinə yenidən baxılıb.

 

Məhkəmə şəxsi cinayətlərinə görə, onu 8658 il həbs cəzasına məhkum edib.

 

Qeyd edək ki, “Adnan Oktar mütəşəkkil cinayətkar dəstəsi”nin başçısı, “A9” televiziya kanalının sahibi Adnan Oktar 2019-cu ildə cinsi istismar, siyasi və hərbi casusluq, işgəncə vermək, böhtan atmaq, rüşvət almaq maddələri ilə ittiham olunaraq həbs edilib. 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?