Modern.az

Şəhid məzunların barelyefi qoyuldu

Şəhid məzunların barelyefi qoyuldu

Aktual

16 Noyabr 2022, 16:06

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və informasiya texnologiyası fakültəsinin şəhid məzunlarının xatirəsinin əbədiləşdirilməsi üçün yaradılmış kompleksin açılışı olub.

Modern.az xəbər verir ki, açılış mərasimində AzMİU-nun şəhid məzunlarının valideynləri, qazi məzunlar, universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib və Vətən uğrunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

AzMİU-nun Mexanika və informasiya texnologiyası fakültəsinin dekanı, dosent Sabir Məmmədov şəhid məzunlar haqqında məlumat verib.

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsini tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının qürur mənbəyi olduğunu deyib:

“Azərbaycan dövləti bu qələbəyə gedən yolu uzun illərdir ki, kritik siyasi, diplomatik incəlikləri nəzərə almaqla ustalıqla hazırlayırdı. İqtisadi inkişafımız, milli-idealoji xəttimiz, ordumuzun müasir silahlarla təmin olunması və gücləndirilməsi, problem ətrafında xarici tərəfdaşların qazanılması bizi günbəgün zəfərə yaxınlaşdırırdı. Vətən müharibəsinə kimi gəldiyimiz yol Prezident İlham Əliyevin böyük siyasi səriştəsini, müharibə dövrü isə güclü sərkərdəlik qabiliyyətini göstərdi”.

G.Məmmədova döyüş meydanında qəhrəmanlıq göstərən AzMİU məzunlarını, I Qarabağ müharibəsində şəhid olan onlarla məzun və tələbəni, Vətən müharibəsində şəhid olan 25 məzunu xatırladaraq tələbələri dövlətçilik, milli-vətənpərvər məsələlərində ayıq-sayıq olmağa, mübarizliyə səsləyib.

Çıxışlardan sonra fakültənin Vətən müharibəsində şəhid olan məzunları – Elnur Şirin-zadə, Qoşqar Ömərov, Emin Qədirov, Kənan Həsənov və Rəfael Mailovun xatirə kompleksi daxilində yaradılan barelyeflərinin və onların adları verilmiş tədris laboratoriyalarının açılışı olub. Şəhidlərin valideyinləri və digər tədbir iştirakçıları kompleksə baxış keçiriblər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?