Modern.az

BSU-da “Vətənim Azərbaycandır” konserti - FOTOLAR

BSU-da “Vətənim Azərbaycandır” konserti - FOTOLAR

Aktual

16 Noyabr 2022, 17:04

Noyabrın 16-da Bakı Slavyan Universitetində (BSU) Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin üzvlərinin “Vətənim Azərbaycandır” adlı konsert proqramı keçirilib.

 

Modern.az xəbər verir ki, Xalq artisti Fidan Hacıyeva dahi Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı ilə konserti açıq elan edib. Konsertdə Vokal Musiqi Məktəbinin tələbələrinin ifasında Avropa klassik musiqisi, Azərbaycan bəstəkarlarının, o cümlədən Tofiq Quliyev, Fikrət Əmirov, Elza İbrahimova, Ramiz Mirişli  və başqalarının əsərlərindən ibarət musiqi nömrələri, mahnılar, ariya və romanslar təqdim edilib.

 

Sonda xalq artisti Fidan Hacıyeva və Vokal Musiqi Məktəbinin tələbələri dünya şöhrətli Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?