2026-cı ilə qədər işğaldan azad edilmiş 280 min hektar ərazi minalardan təmizlənəcək.
Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında qeyd olunub.
Tədbirlər Planına əsasən, ANAMA Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi ilə birgə bu vəzifəni yerinə yetirməlidir.
Eyni zamanda, 2022‒2025-ci ildə 215 min hektar ərazinin minalardan təmizlənməsi təmin olunmalıdır.