Modern.az

Koronavirusa yoluxma ARTIB

Koronavirusa yoluxma ARTIB

Aktual

17 Noyabr 2022, 08:06

Noyabrın 7-dən 13-dək 2,3 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 7 mindən çox pasiyent ölüb. Əvvəlki 7 günlə müqayisədə yoluxanların sayı 2 faiz artıb, ölənlərin sayı isə 30 faiz azalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Məlumata əsasən, dünyada bir həftə ərzində 2 345 537 yoluxma, 7 457 ölüm halı qeydə alınıb.

 

Yaponiyada son həftə ərzində ən çox yoluxma qeydə alınıb - 503 766 nəfər. Ardınca Koreya Respublikası (355 990), ABŞ (281 955), Almaniya (184 987) və Çin (171 745) gəlir. Yeddi gündə ən çox ölüm halları ABŞ-da qeydə alınıb - 2323 nəfər, bundan sonra Yaponiya (552), Rusiya (436), Çin (410) və Fransa (390) qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?