Modern.az

Baş nazirin müavini bu addımı ilə hamını təəccübləndirdi

Baş nazirin müavini bu addımı ilə hamını təəccübləndirdi

Aktual

17 Noyabr 2022, 08:30

Böyük Britaniya Baş nazirinin müavini və ədliyyə katibi Dominik Raab özü haqqında araşdırılma aparılmasını tələb edib.

 

Modern.az xəbər verir ki, Raab baş nazir Rişi Sunaka məktub yazaraq iki şikayətə görə özü haqqında araşdırma tələb edib.

 

O, şikayətlərin müstəqil araşdırılmasını xahiş edib. Şikayətlərdən biri xarici işlər naziri, digəri isə Boris Consonun ədliyyə katibi olduğu dövrlə bağlıdır.

 

Şikayətlərə səbəb Raabın işçilərə pomidor atması və onlara qarşı kobudluq etməsi olub.

 

Sunak araşdırmanın aparılmasına razılıq verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?