Modern.az

Bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLDİ

Bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLDİ

Aktual

17 Noyabr 2022, 10:04

Paytaxtın Xaqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, məhdudiyyətin tətbiq olunması ərazidə aparılan təmir işləri ilə əlaqədardır.

 

Bu səbəbdən həmin ərazidən keçən 1, 2, 4, 46 nömrəli müntəzəm və  H1 ekspres marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Avtobuslar Üzeyir Hacıbəyov küçəsi istiqamətində alternativ yollarla hərəkət edirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?