“34 il əvvəl qardaş Azərbaycan xalqının başlatdığı Milli Dirçəliş Günü müstəqillik hərəkatının mühüm dönüş nöqtəsi oldu. Qardaşlarımız 32 ildən sonra Qarabağda böyük zəfər qazandılar və dirçəliş ruhunun nə qədər canlı olduğunu göstərdilər”.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşımında bildirilib.
"Türkiyə “İki Dövlət, Bir Millət” anlayışı ilə hər zaman azərbaycanlı qardaş və bacıları ilə bir yerdə olmağa davam edəcək", - paylaşımda qeyd olunub.
1️⃣ 34 yıl önce kardeş #Azerbaycan halkının başlattığı Millî Direniş Günü, bağımsızlık hareketinin önemli bir dönüm noktası olmuştu. Aradan geçen 32 yıl sonra ise kardeşlerimiz #Karabağ’da büyük bir zafer kazanmış ve #diriliş ruhunun ne denli canlı olduğunu göstermişti.#MSB pic.twitter.com/FZkY1GMERM
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 17, 2022