Modern.az

İngilis səfirdən Azərbaycan dilində təbrik

İngilis səfirdən Azərbaycan dilində təbrik

Aktual

17 Noyabr 2022, 12:46

Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Ould 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Modern.az xəbər verir ki, səfir bununla bağlı "Twitter" hesabında Azərbaycan dilində paylaşım edib.

 

“Bu gün Azərbaycan xalqı öz istiqlaliyyəti, azadlığı və dövlət müstəqilliyini qazanması ilə nəticələnən mübarizə tarixinin başladığı günü qeyd edir. Bütün Azərbaycan xalqını 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə təbrik edirəm!”, - diplomat qeyd edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?