Modern.az

Trampın “sağ əli” onun prezident olmasını istəmir

Trampın “sağ əli” onun prezident olmasını istəmir

Aktual

17 Noyabr 2022, 13:06

ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pens 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasının Donald Trampdan daha yaxşı namizəd seçəcəyini bildirib.

 

Modern.az xəbər verir ki, Mayk Pens bu barədə CNN telekanalının efirində danışıb.

 

“Düşünürəm ki, mənim köhnə tərəfdaşımdan daha yaxşı seçimimiz olacaq. ABŞ amerikalıların rifahı üçün çalışan siyasətə qayıtmaq istəyir. Fikrimcə, ölkəni ən yüksək ideyalar ətrafında birləşdirəcək yeni rəhbərliyə ehtiyac yaranıb”, - Tramp administrasiyası dövründə vitse-prezident postunu tutan siyasətçi deyib.

 

Onun fikrincə, Tramp 2016-cı ildə prezidentliyə namizədliyini irəli sürən zaman bu addım həmin dövr üçün düzgün seçim olub: "O dövrdə Tramp Demokratlar partiyasından prezidentliyə namizəd olmuş Hillari Klintonu məğlub edə biləcək yeganə namizəd idi, lakin indi vəziyyət fərqlidir".

 

Qeyd edək ki, Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?