Modern.az

Azərbaycana siçovullar gətiriləcək

Azərbaycana siçovullar gətiriləcək

Aktual

17 Noyabr 2022, 13:17

“Minatəmizləmə əməliyyatlarında istifadə üçün Azərbaycana siçovullar gətiriləcək”.

 

Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

 

O bildirib ki, dünyada mina axtarışlarında siçovullardan istifadə təcrübəsi var və ANAMA da bunun üzərində çalışır:

 

“İlkin planlara görə, növbəti ilin martında test məqsədilə bu siçovullardan Azərbaycana da gətiriləcək. Əgər effektiv olsa, onlardan da istifadə edəcəyik. Hazırda minatəmizləmə əməliyyatlarında itlərdən istifadə edirik. Bu itlər bizə kifayət qədər dəstək verir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?