Modern.az

Qusarda narkotacir saxlanıldı

Qusarda narkotacir saxlanıldı

Aktual

17 Noyabr 2022, 14:00

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Ramin Ramazanov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...