Modern.az

Həbsdəki erməni general xəstəxanaya yerləşdirildi

Həbsdəki erməni general xəstəxanaya yerləşdirildi

Aktual

17 Noyabr 2022, 15:16

İrəvandakı “Kentron” Cəzaçəkmə Müəssisəsində saxlanılan ErmənistanSilahlı Qüvvələri Baş Qərargahının keçmiş rəis müavini Stepan Qalstyan “Erebuni” Tibb Mərkəzinə yerləşdirilib.


Modern.az xəbər verir ki, bu barədə “News.am”a onun vəkili Andranik Manukyan bildirib.
 

Andranik Manukyan deyib ki, Stepan Qalstyan həkim nəzarətindədir.

“O, stasionar müalicə alır. Onun probleminin nə olduğunu deyə bilmərəm, tibbi sirrdir. Hazırda özünü pis hiss edir”, - deyə vəkil bildirib.


O, həbs-qətimkan tədbirinin müzakirəsi üçün məhkəməyə müraciət edəcəyini deyib.


Qalstyan məşhur silah tədarükü işində xüsusilə böyük miqyasda mənimsəmə ittihamı ilə həbs edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?