Modern.az

Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanıldı

Aktual

17 Noyabr 2022, 15:56

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Hacıqaraqaşlı kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a  verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən rayon sakinləri  Ramin Kərimov və Elşən Babayev  saxlanılıblar.  Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları  bataqlıq quşları aşkar edilib.

 

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?