“Moskva Ukrayna ilə danışıqlara açıqdır və bu mövqe Kiyevə yaxşı məlumdur”.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən deyib.
O, Ukrayna rəsmilərini danışıqlarla bağlı dəyişkən mövqe sərgiləməkdə qınayıb:
“Onlar gah danışıqlar aparmağa razılaşır, sonra bundan imtina edir, gah da danışıqları bərpa ermək istədiklərini deyirlər”.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasından danışıqlara hazır olması barədə “siqnallar” aldığını açıqlayıb və ictimai format təklif edib.