Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev işdən çıxıb.
Bu barədə Modern.az-a o, özü məlumat verib. C.Baxşıyev ərizə yazaraq vəzifədən uzaqlaşdığını bildirib.
"İşdən ərizə yazıb çıxmışam. Öz istəyimlə ayrılmışam, kimsə məni məcbur etməyib. Hazırda işsizəm", - deyə 62 yaşlı sabiq məmur vurğulayıb.
Qeyd edək ki, C.Baxşıyev 2007-ci ildən bəri Lerikin icra başçısının birinci müavini vəzifəsində çalışıb.
Mail Ağaxanov