Modern.az

Deputatdan bütün tələbələri sevindirəcək TƏKLİF

Deputatdan bütün tələbələri sevindirəcək TƏKLİF

Aktual

17 Noyabr 2022, 16:48

“İctimai nəqliyyatda tələbələr üçün güzəştlərin olması vacibidir”.

 

Modern.az xəbər verir ki, bu barədə deputat Cəbi Quliyev Milli Məclisin bu gün keçirilən iclasında məsələ qaldırıb.

 

“Müəyyən güzəştlər tələbələrə də aid edilməlidir. Bu məsələ Naxçıvanda təhsil alan və ya Naxçıvandan olan tələbələrə də aiddir. Çünki minlərlə tələbə təyyarədən istifadə edir. Ona görə də gələn ilin büdcəsindən tələbələrin nəqliyyat vasitələrindən istifadəsinə görə güzəştlər üçün maliyyə ayrılmalıdır. Bu, həmçinin digər nəqliyyat vasitələrinə də aid edilməlidir”, - deyə deputat tələbələri sevindirəcək təklif irəli sürüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...