Modern.az

Mişustin Azərbaycana gəlib

Mişustin Azərbaycana gəlib

Aktual

17 Noyabr 2022, 16:53

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin noyabrın 17-də Azərbaycana səfərə gəlib.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?