Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT tədbirlərində iştirak etmək üçün noyabrın 22-23-də İrəvana səfər edəcək.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəis müavini İvan Neçayev deyib.
Onun sözlərinə görə, nazir Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının, KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək.
Tədbir İrəvanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası ərəfəsində keçiriləcək.
Qarşıdan gələn görüşlərdə KTMT-nin Kollektiv Təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyət və sessiyalararası dövrdə qurumun fəaliyyəti ilə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur. İclas iştirakçıları təşkilat çərçivəsində xarici siyasət, hərbi və antiterror əməkdaşlığa dair möhkəm qərarlar paketini nəzərdən keçirəcəklər.
Neçayev qeyd edib ki, bir sıra sənədlərin, o cümlədən KTMT Kollektiv Təhlükəsizlik Şurasının təsdiqinə təqdim edilmiş yekun bəyannamənin təsdiqi planlaşdırılır.