Modern.az

Rusiyanın xüsusi nümayəndəsi Azərbaycana gəlir

Rusiyanın xüsusi nümayəndəsi Azərbaycana gəlir

Aktual

17 Noyabr 2022, 18:11

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in Mətbuat və İnformasiya Departamentinin direktor müavini İvan Neçayev məlumat verib.

 

O, Xovayevin bu yaxınlarda İrəvanda səfərdə olduğunu, Ermənistan rəhbərliyi ilə faydalı görüşlər keçirdiyini xatırladıb.

 

“İndi isə Xovayevin səfər növbəsi Azərbaycanadır”, - rusiyalı diplomat vurğulayıb.

 

Neçayev Xovayevin Azərbaycana konkret nə vaxt səfər edəcəyini açıqlamayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?