Modern.az

Metroda PROBLEM - Sərnişinlər qatardan düşürüldü

Metroda PROBLEM - Sərnişinlər qatardan düşürüldü

Aktual

17 Noyabr 2022, 18:42

Bu gün saat 18:40 radələrində "İçərişəhər"-"Həzi Aslanov" xəttilə hərəkətdə olan qatarda problem yaşanıb.

 

Modern.az-ın əməkdaşının verdiyi xəbərə görə, "Ulduz" stansiyasında olarkən, maşinist dəfələrlə qatarı hərəkətə gətirmək istəsə də, cəhdləri baş tutmayıb.

 

Maşinist bundan sonra sərnişinlərə müraciət edərək, qatarı tərk etmələrini xahiş edib.

 

"Bakı Metropoliteni"QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a faktı təsdiqləyib.

 

O bildirib ki "İçərişəhər"-"Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarda "Ulduz" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülüb:

 

"Nəticədə, iki qatar arasında təxminən 3 dəqiqəyə yaxın interval fərqi yaranıb. Əvəzinə qatar verilib. Qısa müddət ərzində iki qatar arasında interval fərqi aradan qaldırılacaq".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?