Modern.az

Agentlik balansında olan yollarla bağlı MƏLUMAT YAYDI

Agentlik balansında olan yollarla bağlı MƏLUMAT YAYDI

Aktual

18 Noyabr 2022, 09:45

Azrəbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA)-nin balansında olan və olmayan yollar barədə məlumat açıqlanıb.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, AAYDA-nın balansında olan avtomobil yolları, prospekt və küçələr aşağıdakılardır:


- 17 755 km magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları;


- 1 632 km Bakı şəhərinin əsas küçə və prospektləri, qəsəbədaxili bəzi küçələr. 

 

AAYDA-nın balansında olmayan yollar, prospekt və küçələr:


- Bakı şəhərinin qəsəbədaxili küçə və yolları (bəzi küçələr istisna olmaqla);


- Respublikanın şəhər və rayon mərkəzlərinin bütün prospekt və küçələri (Bakı şəhəri istisna olmaqla);


- Kənddaxili bütün küçə və yollar.

 

Qeyd edilib ki, sadalanan prospekt, küçə və yollar yerli icra strukturlarının (icra hakimiyyəti və ya bələdiyyə) balansındadır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!