Modern.az

GDU-nun kollektivi ağac əkdi - FOTOLAR

GDU-nun kollektivi ağac əkdi - FOTOLAR

Aktual

18 Noyabr 2022, 10:10

Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşları və tələbələri “Ağıllı şəhər” layihəsi çərçivəsində Heydər Əliyev parkında ağacəkmə aksiyasında iştirak ediblər.

 

Modern.az xəbər verir ki, parkda 100-dən artıq meyvə ağacları əkilmiş, torpağa basdırılan alma və xurma tingləri suvarılmış və aqrotexniki qaydalarla qulluq edilmişdir. Ağacəkmə aksiyasında iştirak edən Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədova bildirmişdir ki, yaşıllıqların qorunması və zənginləşdirilməsi üçün universitetin kafedrası tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Əsas məqsəd Gəncə şəhərinin ekomühitinin qorunması, zənginləşdirilməsi və gənclərdə ekoloji tərbiyəni gücləndirməkdir.

 

Aksiya iştirakçıları onlara verilən dəstəyə görə meşəlik təsərrüfatının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?