Modern.az

Övladı olmayan qadınlara ÇİRKİN TƏKLİF

Övladı olmayan qadınlara ÇİRKİN TƏKLİF

Aktual

18 Noyabr 2022, 15:24

Azərbaycanda ana olmaq istəyən qadınlara çirkin təkliflər edilib.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesablarında bildirilib.

 

Belə ki, sosial şəbəkədə kişi tərəfindən verilən elanda təbii donor xidməti təklif olunub.

 

“Övlad həsrətində olan analar üçün övlad sahibi olmaq imkanı. Həyat yoldaşında problem olan və müalicə olmayan, ya da baha başa gələn xanımlara təbii donor xidməti təklif olunur. Süni mayalanmadan qat-qat ucuz, cəmi iki seansa hamilə qalmaq imkanınız var. Zəmanət verilir, məxfilik, gizlilik qorunur. Əlaqə üçün şəxsiyə yazın”, - deyə elanda qeyd olunub.

 

Məlumata görə, Daxili İşlər Nazirliyi (DİN) məsələni artıq nəzarətə götürüb və iş üzrə araşdırmalara başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!